az | ru | en

5 fevral 2022


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində görkəmli bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhramanı Qara Qarayevin (05.02.1918 - 13.05.1982) – anadan olmasının 104 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Qara Qarayev Ev Muzeyinin müdiri, pianoçu Züleyxa Qarayeva-Bağırova tədbirdə giriş sözü ilə çıxış etmişlər.
Tədbirdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestinin artistləri, direktor, Əməkdar artist Nərgiz Əliyeva, Əməkdar artist Yuliya Motorina, Samirə Fərəcova, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin X sinif şagirdi, Beynəlxalq Müsabiqə laureatı Xədicə Hacılı (skripka), İrina Mehdiyeva (f-no) Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı ilə çıxış etdilər.
Daha sonra musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə görkəmli bəstəkarlar Zakir Bağırov və Qara Qarayevin nəvəsi, hal-hazırda Vaşinqtonda (ABŞ) yaşayan məşhur musiqiçi, saksafonçu və bəstəkar Zülfüqar Bağırovun yaradıcılığı, onun klassik caz, sərbəst improvizasiya və son müasir əsərləri haqqında danışmış, Azərbaycan bəstəkarlarının musiqisinə kompozisiyalarının videoyazıları nümayiş olunmuşdur.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.