az | ru | en

1 - 6 iyun 2012
“İntermuzey-2012” Beynəlxalq Muzeylər Festivalı


1-6 iyun 2012-ci il tarixlərində Moskvanın Mərkəzi Rəssamlar Evində “İntermuzey-2012” Beynəlxalq Muzeylər Festivalı keçirilmişdir. Bu geniş tədbir Moskvada 14-cü dəfə keçirilir. Bu il festivalda Rusiya, Belarus, Qazaxıstan, Moldova, Azərbaycan, Ermənistan, Özbəkistan, Qırğızıstan və Tacikistanın 216 muzeyləri iştirak edirdilər.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi stend təşkil etmiş, festivalın açılışında muzeyin Qədim Musiqi Alətləri Ansamblının musiqi triosu böyük uğurla çıxış etmişdir. Sərgidə muzeyin, həmçinin Azərbaycanın başqa muzeylərinin çap məhsulları nümayiş olunmuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi “Beynəlxalq muzey əməkdaşlığının inkişafı” diplomuna layiq görülmüşdür. Stenddən əlavə muzey nümayəndələri Beynəlxalq Musiqi Muzeyləri və Kolleksiyaları Assosiyasiyasının işində aktiv iştirak etmişlər, belə ki, muzeyin direktoru Alla Bayramova Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi yaradılmasının 45 illiyinə həsr olunmuş təqdimat etmişdir.



Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.