az | ru | en

20 avqust 2021
XAN ŞUŞİNSKİ - 120
(20.08.1901-18.03.1979)


20 avqust Azərbaycan muğam sənətinin korifeylərindən biri, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Xan Şuşinskinin doğum günüdür.
Bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin ekspozisiyasında Xan Şuşinskiyə aid materiallardan hazırlanmış sərgi nümayiş olunur. Xan Şuşinskinin həyat və yaradıcılığı haqqında muzeyin direktor müavini Təranə Zeynalovanın onlayn çıxışı təqdim olunur.
Muzeyin Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbər, Respublikanın Xalq artisti Munis Şərifov) solisti, Respublikanın Əməkdar artisti Nuriyyə Hüseynova, Respublikanın Əməkdar artisti Davud Abdullayev (tar), Ceyhun Muradov (kamança) ifalarında Xan Şuşinskinin repertuarından "Qarabağ şikəstəsi" və ”Şuşanın dağları" mahnısını təqdim edirik.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.