az | ru | en

25 iyun 2021
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü


25 iyun 2021-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə “Ən igid əsgər, bizim əsgər” adlı tədbir keçirilmişdir.
Muzeyin şöbə müdiri Xanım Abdinova giriş sözü ilə çıxış etmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü haqqında ətraflı danışmışdır.
Tədbirdə İkinci Qarabağ müharibəsinin iştirakçıları olmuş qazi Sübhan Xankişiyev, qazi Nurlan Suleymanov və Namiq Manafovla görüş olmuşdur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Laçın, Füzuli rayonlarının işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək, şəxsi igidlik və şücaət nümayiş etdirmiş Sübhan Xankişiyev “Laçının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları , Nurlan Suleymanov “Füzulinin azad olunmasına görə” medalı, Namiq Manafov “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşlar. Qeyd edək ki, Sübhan Xankişiyev bir vaxtlar muzeyin əməkdaşı olmuşdur. Görüşdə Sübhanın cəbhə yoldaşı şəhid, musiqiçi Tamerlan Mahmudovun xatirəsi yad edilərək videoçarx nümayiş olunmuşdur. Həmçinin İkinci Qarabağ müharibəsinin könüllü iştirakçısı Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Bakı Humanitar Kollecinin müəllimi tarzən Fərid Atazadə ilə virtual görüş olmuşdur.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.