az | ru | en

11 iyun 2021


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il tarixli sərəncamının icrası ilə bağlı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi zəngin kolleksiyaları əsasında “Azərbaycan aşıq sənəti muzey materiallarında” rubrikasını davam etdirir.
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ədalət Nəsibovun (1939-2017) muzeydə qorunan fotoşəkilini təqdim edirik.
Aşıq Ədalət Nəsibov Qazax aşıq mühitinin yetirdiyi ustad sənətkarlarındandır. Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, görkəmli solo ifaçısı, saz havalarının mahir bilicisi olmuşdur. Ədalət Nəsibov erkən yaşlarından saza həvəs göstərmiş və sənəti atasından öyrənmişdir. “Yeddi oğul istərəm” filmində Aşıq Ədalət “Yanıq Kərəmi”, “Ruhani”, “Misiri”, “Cəlili”, “Sarıtel” saz havalarının misilsiz ifaçısı kimi tanınmışdır. Parisdə, Londonda, Moskvada, Bakıda dəfələrlə ifası lentə alınmış, qızıl fonda daxil edilmişdir. Beynəlxalq folklor festivallarında (1959, 1965, 1974, 1980) təmsil olunmuş, yüksək mükafatlara layiq görülmüşdür. YUNESKO-da nadir ifaçılar seriyasından qızıl valı və diski buraxılmış, sənəti ilə bağlı kitab və məqalələr yazılmışdır. Aşıq Ədalətə yüzlərlə şeir həsr olunmuşdur. Ayrıca ifaçılıq məktəbi yaratmış sənətkarlardandır. Repertuarında yüzə yaxın saz havası, əllidən çox dastan, dörd minə yaxın aşıq şeiri olmuşdur.





Rubrikalar








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.