az | ru | en

16 dekabr 2020
Xatirə: Vaqif Mustafazadə (16.03.1940-16.12.1979)


16 dekabr - görkəmli Azərbaycan musiqiçisi, bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Mükafatı laureatı Vaqif Mustafazadənin anım günüdür.
Vaqif Mustafazadə XX əsrin görkəmli caz pianoçularından biri olmaqla yanaşı yaradıcılığı dövründə “Orero”asamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və ”Sevil”qadın vokal-instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqəsi və festivallarının(“Tallin-66”, “Tbilisi-78”, “Monte-Karlo”)laureatı olmuşdur.
Vaqif Mustafazadə dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisini uğurlu sintez edərək dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkrarolunmaz nümunələrini bəxş etmişdir. Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi olmuşdur.
Vaqif Mustafazadə qısa, lakin mənalı ömür yaşadı. Onun qəlbləri titrədən gözəl melodiyaları və ritmləri milli musiqi irsimizi daha da zənginləşdirdi və bütün dünyada tanıtdı. Vaqif Mustafazadənin adı və yaradıcılığı yaşayır və daim yaşayacaqdır.
28 iyul 1989-cu ildə Vaqif Mustafazadənin yaşadığı evdə xatirə muzeyi yaradılmışdır. 1994-cü ildən muzey Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı statusunu almışdır. Bakı, İçəri Şəhər, Vaqif Mustafazadə küçəsi.4 ünvanında yerləşən muzeydə Vaqif Mustafazadənin həyat və yaradıcılığına aid fotoşəkillər, müxtəlif sənədlər, şəxsi əşyalar və s. təqdim olunur.
Hal-hazırda muzeyin müdiri V. Mustafazadənin dayısı qızı Afaq Əliyevadır. Afaq Əliyeva eyni zamanda V. Mustafazadə adına mədəniyyət-xeyriyyə fondunun təşkilatçısı və rəhbəridir.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.