az | ru | en

17 dekabr 2011
Ferens Listin anadan olmasının 200 illik yubileyi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 17 dekabr 2011-ci il tarixində Üzeyir Hacıbəyli Bakı Musiqi Akademiyası ilə birlikdə görkəmli macar bəstəkarı, pianoçu Ferens Listin anadan olmasının 200 illik yubileyi münasibətilə tədbir keçirmişdir.
Tədbirdə giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Sonra söz Ferens List adına Respublika festivalının təşkilatçılarından, Bakı Musiqi Akademiyasının prorektoru, professor Oqtay Abbasquliyevə verilmişdir.
Tədbirin aparıcısı BMA-nın dosenti, musiqişünas Səadət Səttarova F. Listin həyat və yaradıcılığından ətraflı danışmışdır. Ferens List adına Respublika festivalının diplomantları – Bakı Musiqi Akademiyasının, Bakı Musiqi Kollecinin tələbələri, musiqi məktəblərinin şagirdləri bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişlər.
Tədbirin qonaqları – Macarıstanın Azərbaycandakı səfiri cənab Jolt Çutora, Bakıdakı Rus İcmasının, “Sodrujestvo” Ədəbiyyat Birliyinin nümayəndələri, Bakı Musiqi Akademiyasının, Bakı Musiqi Kollecinin müəllim, tələbələri və başqaları olmuşlar.


Ferents Listin 200 illiyinə həsr olunmuş tədbirin konsert proqramı:

Robert Şuman. F.List “İthaf”.
İfa edmişdir: Bakı Musiqi Akademiyasının yanında məktəb studyanın VII sinif şagirdi Əzizova Ceyhun.
F.List. “Cırtdanların rəqsi”.
İfa edmişdir: L. və M.Rostropoviçlər adına 21 ¹-li musiqi məktəbinin şagirdi Məhərrəmova Lalə.
F.List. “Loreleya”.
İfa edmişdir: 23 ¹ li musiqi məktəbinin IX sinif şagirdi Heydərova Kamilla.
F.List. Etüd ¹ 12 “Çovğun”.
İfa edmişdir: Bakı Musiqi Akademiyasının II kurs tələbəsi Mahmudova Qəmər.
F.List. “Petrarkanın soneti ¹ 104”.
İfa edmişdir: Bakı Musiqi Kollecinin tələbəsi Şıxıyev Tofiq.
F.List. Rapsodiya ¹ 8.
İfa edmişdir: Bakı Musiqi Kollecinin məzunu Abdullazadə Abbas.


Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.