az | ru | en

22 aprel 2020
ARİF MƏLİKOV




“Mədəniyyət” Kanalı ilə Mədəniyyət Nazirliyinin birgə “Bizi birləşdirən mədəniyyət” layihəsi çərşivəsində 20-26 aprel Arif Məlikov həftəsi elan edilmişdir.
Arif Məlikov haqqında danışanda adətən, onun həyat yolunu "Zirvədən zirvəyə" adlandırırlar. Dünyada çox az insan vardır sənətində gördüyü elə ilk işlərlə birbaşa ən böyük zirvəni fəth etməyi bacarsın. Arif Məlikov o azlardan biridir. Çünki yaradıcılığının ən uca zirvəsində qərarlaşan sənətkarın o zirvəyə gedən yolu da məhz zirvədən başlayır. Hələ sənət yolunun lap başında - 26 yaşında yazdığı "Məhəbbət əfsanəsi" baleti ilə o, nəinki milli musiqidə və Azərbaycan daxilində, eləcə də bütün dünyada "Arif Məlikov" imzasının tanınıb sevilməsinə nail olmuşdu. Arif Məlikov fəth etdiyi o böyük zirvə ilə kifayətlənməmiş, sonrakı illərdə fitri istedadını təcrübəsi, sonsuz zəhməti və peşəkarlığı ilə tamamlayaraq, daha yüksək zirvələri fəth etmişdir.
Zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin bəstəkarlıq məktəbinin istedadlı yetirməsi və davamçısı Arif Məlikov musiqi mədəniyyətimizin çoxəsrlik tarixə malik bünövrəsi zəminində və müasir kompozisiya texnikasını mükəmməl mənimsəyib yüksək professionallıqla yaratdığı simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə həmişəlik yer tutmuşdur. Onun kino və dram tamaşalarına yazdığı musiqi, eləcə də romans və mahnıları məşhur sənətkarların ifasında səslənərək geniş populyarlıq qazanmışdır. Arif Məlikovun bəşəri idealları özündə dolğun əks etdirən əsərləri ölkəmizin hüdudlarından kənarda bu gün də uğurla səsləndirilməkdədir.
Arif Məlikov Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yaxın dostu idi. Musiqi mədəniyyətimizin təbliği və maarifləndirilməsi işlərində öz kömək və məsləhətlərini bizdən əsirgəmir, tədbir və görüşlərimizdə iştirak edirdi.
Musiqi Mədəniyyəti Muzeyi mütəmadi olaraq keçirdiyi tədbirlərdə Arif Məlikov yaradıcılığına müraciət edir, əsərlərini konsert proqramlarına daxil edir, ölməz bəstəkarın xatirəsinə həsr olunmuş tədbir keçirmişdir.
Bu gün də “Arif Məlikov həftəsi” çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarından görkəmli bəstəkar, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, akademik, professor Arif Məlikova aid materialları Sizə təqdim edirik.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.