az | ru | en

15 iyun 2019
Adilə Əliyeva ilə görüş




15 iyun 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Avropada yaşayan dünya şöhrətli pianoçu, professor, Azərbaycan Respublikasının Əməkdar artisti, adına Pianoçuların Beynəlxalq Müsabiqəsi olan Adilə Əliyeva ilə görüş keçirilmişdir.
Adilə Əliyeva Fransanın Annamesse şəhərində yaşayır. O, 50-dən çox ölkənin konsert salonlarında çıxış etmişdir. Dünya klassikləri ilə yanaşı Azərbaycan bəstəkarlardan Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Arif Məlikov, Vaqif Mustafazadə, Oqtay Rəcəbov və başqalarının əsərlərini ifa edir.
O, 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru kimi faəliyyət göstərir, eyni zamanda orada pianodan dərs deyir. 1996-cı ildən Fransada hər iki ildən bir adına “Adilə Əliyeva adına pianoçuların beynəlxalq müsabiqəsi”. keçirilir.
Adilə Əliyeva vətənə növbəti səfəri zamanı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bakı şəhəri musiqi məktəblərinin müəllim və şagirdlərinin görüşünə gəlmişdir. Tədbirdə Qərbi Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini ifa etmiş, görüş iştirakçılarının suallarını cavablandırmışdır.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.