az | ru | en

9 aprel 2019
A.S.Puşkin - 220




9 aprel 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev muzeyində Rusiya Federasiyanın Azərbaycan Respublikasındaki Səfirliyi, Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə dahi rus şairi A.S.Puşkinin 220 illiyinə həsr olunmuş konsert və müsabiqənin növbəti mərhələsi keçirilmişdir.
Müsabiqədən öncə muzeyin ekskursiyaçısı Zivər Məmmədova iştirakçıları və qonaqları Qara Qarayevin ev muzeyi ilə tanış etmiş, görkəmli bəstəkarın yaradıcılığı haqqında məlumat vermişdir.
Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşı, Azərbaycanda Rus Dilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Timofeyevna Yakunina, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, “Günay” Uşaq Teatrının rejissoru, Əməkdar mədəniyyət işçisi Larisa Tarusova çıxış etmişlər.
Müsabiqədə Bakı Musiqi Akademiyasının tələbələrinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Bakı, Sumqayıt məktəblərinin Azərbaycan və rus bölmələrinin şagirdlərinin ifalarında A.S.Puşkin poeziyasından rəngarəng nümunələr, nağıllardan səhnəciklər və musiqi proqramı təqdim olunmuşdur.
Müsabiqə iştirakçılarının ifaları münsiflər heyəti: Bakı Musiqi Akademiyasının müəllimi, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina, “Günay” Uşaq Teatrının rəhbəri Larisa Tarusova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova tərəfindən qiymətləndirilmişdir.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.