az | ru | en

12 mart 2019
Puşkin - 220




12 mart 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Rusiya Federasiyanın Azərbaycan Respublikasındaki Səfirliyi, Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə dahi rus şairi A.S.Puşkinin 220 illiyinə həsr olunmuş konsert və müsabiqə keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşı, Azərbaycanda Russ Dilli Təhsil Müəssisələri Assosiasiyasının sədri, Lubov Timofeyevna Yakunina giriş sözü ilə çıxış etdilər.
Öz çıxışında muzeyin direktoru Alla Bayramova dünya ədəbiyyatının və rus poeziyasının görkəmli nümayəndəsi olan A.S.Puşkin yaradıcılığının Azərbaycanda çox sevildiyini qeyd etmiş, şairin əsərlərinin Azərbaycan bəstəkarlarının yaradıcılığında yeri haqqında məlumat vermişdir.
Tədbirdə tələbə və şagirdlərin ifalarında A.S.Puşkinin sözlərinə yazılmış musiqi əsərlərindən ibarət konsert və bədii qiraət proqramı təqdim olunmuşdur.
İştirakçıların ifaları münsiflər heyəti: muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Siala Sinamdzqvarişvili və Bakı Musiqi Akademiyasının müəllimi, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina tərəfindən qiymətləndirmişlər.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.