az | ru | en

6 iyul 2011
Samir Rəcəbov və Elxan Çələbinin müəllif mahnılarından ibarət yaradıcılıq gecəsi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin ənənəvi olaraq təşkil etdiyi növbəti tədbir uğurla baş tutdu. Belə tədbirlərdən biri bardlar Elxan Çələbi və Samir Rəcəbovla yaradıcılıq görüşünə həsr edilimişdi. Klub “Klassik Musiqisevənlər” adlansa da, onun keçirdiyi konsertlər müxtəlif janrları əhatə edir. Klubun tədbirləri çox rəngarəng və maraqlı olur. Növbəti tədbir bardlar Elxan Çələbi və Samir Rəcəbovun müəllif mahnılarından ibarət yaradıcılıq gecəsinə həsr edilmişdi.
Tədbiri giriş sözü ilə muzeyin şöbə müdiri, musiqişünas Fazilə Nəbiyeva açdı. O, tədbirə toplaşanlara ifaçıların həyat və yaradıcılığı barədə məlumat verdikdən sonra sözü musiqiyə verdi.
Qeyd etmək lazımdır ki, E.Çələbi və S.Rəcəbov ilk dəfə olaraq Klassik Musiqisevənlər Klubunun tədbirində çıxış edirdilər. Onlar peşəkar musiqi təhsili almamalarına baxmayaraq professional səviyyə nümayiş etdirdilər. E.Çələbi ixtisasca memar, S.Rəcəbov isə fizikdir. E.Çələbi on dörd yaşında olarkən onda musiqiyə böyük maraq yaranır və gitara alətində ifa etməyə böyük həvəs göstərir. O, ilk mahnılarını da həmin dövrdə yazmağa başlamışdır. Hərbi xidmətdə olduğu dövrdə isə onda bu alətə bağlılığı daha da artmışdır.
S.Rəcəbov isə Azərbaycan Dövlət Universitetində fizika fakultəsində ali təhsil almışdır. Təhsilini başa çatdırdıqdan sonra Azərbaycan cənubi geofizika elmi-tədqiqat institunda geofizik vəzifəsində çalışmışdır. 1985-ci ildə isə namizədlik elmi dərəcəsi adını almışdır.
S.Rəcəbov gitarada 1986-cı ildən ifa edir. O, 1995-ci ildən başlayaraq Elxan Çələbi ilə birlikdə bardlar-adı ilə konsertlərdə müəllif mahnılarından ibarət proqramla çıxışlar edir. S.Rəcəbov verilişlərə, filmlərə bəstələnmiş musiqilərin müəllifidir.
Konsertin proqramı çox rəngarəng idi. Musiqiçilər öz ifalarında Azərbaycan xalq mahnılarını və xarici ölkə bəstəkarlarının əsərlərini uğurla təqdim etdilər. İfa edilən əsərlər Azərbaycan, rus, ispan dillərində idi. Konsertin proqramına vətənpərvərlik, dostluq, lirik və s. mövzulu mahnılar daxil idi. “Sarı gəlin” Azərbaycan xalq mahnısı, “Dostuma həsr olunur”, “Mən sənin üçün darıxıram”, “Təlxək və kraliça haqqında ballada” və digər mahnılar klubun daimi üzvləri və digər tamaşaçılar tərəfindən hərarətlə qarşılandı.
Bütün bunlarla yanaşı konsertdə E.Çələbi və S.Rəcəbovun yaradıcılıqlarının birgə məhsulu olan “92 ¹-li marşrut”, “Qayıdın”, “KVN komandasının 15 illiyinə həsr olunur” adlı kliplərdə də nümayiş etdirildi.
Tədbirin sonunda muzeyin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla xanım Bayramova çıxış etdi.
Tədbirdə muzeyin əməkdaşları, KİV vasitələrinin nümayəndələri və başqaları iştirak edirdilər.



Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.