az | ru | en

15 dekabr 2018
Gənc musiqiçilər Qara Qarayevin Ev Muzeyində


15 dekabr 2018-ci il tarixində G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin "Üzeyir davamçıları" məktəblilərin musiqi klubu və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin məktəbliləri dahi Azərbaycan bəstəkarı Qara Qarayevin Ev Muzeyində qonaq oldular. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla xanım Bayramova məktəbliləri salamlayıb onlarla muzey və Qara Qarayev haqqında çox maraqlı söhbət apardı. Ən maraqlısı isə bu söhbətin sual-cavab şəklində keçməsi idi. Üzeyir Hacıbəyli adına Baki Musiqi Akademiyasının tələbə kvartetinin ifasında Qara Qarayev musiqisinin sədaları altında məktəblilər muzey eksponatları ilə tanış oldular. Daha sonra G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdlərinin ifasında Qara Qarayev əsərlərindən ibarət konsert təqdim olundu. Məktəbin müəllim kollektivi də şagirdlərin çıxışını izləyir və dəstəkləyirdilər. Məktəblilərin musiqi klubunun fəal üzvləri arasında Xırdalan şəhər Onbirillik Musiqi Məktəbi şagirdləri ilə yanaşı digər məktəblərdən də şagirdlər iştirak edirdi. Tədbirin sonunda G.Şaroyev 35 nömrəli məktəbin direktoru, Əməkdar müəllim Yusif Vəliyev bu tədbirlərin şagirdlərimiz üçün vacibliyindən danışaraq, keçirilməsinə dəstək olub, şərait yaradan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla xanım Bayramovaya səmimi təşəkkürünü bildirdi.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.