az | ru | en

3 oktyabr 2018
Çingiz Hacıbəyov - 105


3 oktyabr 2018-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Əməkdar incəsənət xadimi, dirijor Çingiz Hacıbəyovun anadan olmasının 105 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Hacıbəyovlar nəslinin parlaq nümayəndələrindən biri olan, bəstəkar, Azərbaycanda musiqili teatrın yaradıcılarından biri Zülfüqar Hacıbəyovun oğlu, görkəmli dirijor maestro Niyazinin qardaşı, tanınmış dirijor Çingiz Hacıbəyovun anadan olmasının 105 illiyinə həsr olunmuş tədbiri Niyazi mənzil muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov açmışdır. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycanın Xalq artisti Ülviyyə Hacıbəyova, bəstəkar, Xalq artisti Azər Dadaşov, bəstəkar, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov Hacıbəyovlar nəslinin musiqi mədəniyyətimizdəki əvəzolunmaz xidmətləri, Çingiz Hacıbəyovun yaradıcılıq yolu haqqında çıxış etmişlər. Onların çıxışları muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artistləri Gülnaz İsmayılovanın, Ülviyyə Hacıbəyovanın, Azər Dadaşovun, Bakı Musiqi Akademiyasının tələbəsi, Beynəlxalq və Respublika müsabiqələri laureatı Nəriman Əmiraslanovun, Respublika müsabiqələri laureatı Arzu Hüseynovanın ifalarında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı təqdim olunmuşdur.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.