az | ru | en

3-7 avqust 2018
Latviyada Konfrans.


Avqustun əvvəlində Latviyanın Riqa və Yurmala şəhərlərində Ədəbiyyatçıların və Bəstəkarların Muzeyləri Beynəlxalq Komitəsinin (ICLM) “Şəxsiyyət və zaman muzeyin ekspozisiyasında” mövzusunda konfrans keçirilmişdir. Konfransda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova iştirak etmiş, “Muzey interpretasiyasının işığında şəxsiyyət: Üzeyir Hacıbəyov bəstəkar və yazıçı kimi” mövzusunda çıxış etmişdir. Qeyd edək ki, Alla Bayramova həmin komitənin idarə heyətinin üzvüdür.
Konfransda Latviya mütəxəssisləri ilə birgə Danimarka, Rusiya, Yaponiya, Macarıstan, Polşa, Estoniya, Almaniya və başqa ölkələrdən muzey mütəxəssisləri və alimlər iştirak etmişlər. Onlar Latviya Respublikasının 100 illiyinə həsr olunmuş sərgidə, Milli Kitabxanada, yazıçı və bəstəkarların memorial muzeylərində və başqa muzeylərdə olmuşlar.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.