az | ru | en

1 iyun 2011
1 iyun – Uşaqların Beynəlxalq Müdafiə Günü

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevənlər Klubunda Bülbül adına orta ixtisas musiqi məktəbi ilə birlikdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiə gününə həsr olunmuş tədbir keçirilmişdir.
Giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Sonra söz tədbirin aparıcısı musiqişünas, Bakı Musiqi Akademiyasının dosenti Səadət Səttarovaya verilmişdir.
Konsertdə V.A.Motsartın, T. Bakıxanovun, Niyazinin,
F. Şopenin, B. Nəsibovun, R. Lovlandın, Q.Dinikunun, F. Listin və s. bəstəkarlarının əsərlərindən nümunələr Nərminə İsmayılovanın, Mehdi Eyyubovun, Atabəy İsmayılovun, Aynur Abdullayevanın, Şəmsi Əbilinin, Nəriman Əmiraslanovun, Ceyla Seyidovanın, Vurğun Vəkilovun, Tamilla Əhədovanın və Fatimə Cəfərzadənin ifasında təqdim edilmişdir.
Tədbirdə Bakı muzeylərinin əməkdaşları, Klassik Musiqisevənlər Klubunun üzvləri və mətbuat nümayəndələri iştirak etmişlər.



Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.