az | ru | en

19 mart 2018
Gənc musiqiçilərə Novruz hədiyyəsi


19 mart 2018-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Qara Qarayevin 100 illiyinə həsr olunmuş “Qara Qarayev. dram tamaşalarına musiqidən fraqmentlər” not məcmuəsinin təqdimatı keçirilmişdir.
Gərgin uzun illik tədqiqat işləri nəticəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Bakı, Moskva və Sankt-Peterburqda Qara Qarayevin tamaşalara yazdığı əksər musiqi notlarını – tam və ya fraqmentlərlə, müəllif və ya köçürücülər tərəfindən yazılan notları aşkar etməyə nail olmuşdur.
Dramatlik teatrların, həmçinin S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivinin, Rusiya Dövlət Ədəbiyyat və İncəsənət arxivinin köməyi ilə həyata keçirilənlər, Azərbaycan və Sovet musiqi mədəniyyətinin korifeylərindən birinin yaradıcılığının əvvəllər tədqiq olunmamış səhifələri haqqında təsəvvür əldə etməyə imkan verir (Bunların bir çoxu Azərbyacanda heç vaxt səslənməmişdir).
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən əvvəllər nəşr edilmiş iki nömrə - “Afroditanın adası” tamaşasından “Eskiz” və “Antoni və Kleopatra” tamaşasından “Məhəbbət mövzusu” – istisna olmaqla təqdim olunan məcmuədə Qara Qarayevin teatr musiqisinin fraqmentləri ilk dəfə nəşr olunur. Şübhəsiz, bu nəşr görkəmli bəstəkarın yaradıcılığının unudulmuş səhifələrinin qayıdışına və onunla tanışlığa kömək edəcəkdir. Həmçinin bu nəşr, şagird və tələbələrinin fortepiano və vokal repertuarını zənginləşdirəcəkdir.
Layihənin müəllifi və elmi redaktoru – Alla Bayramova
Kompüter not qrafikası – Yavər Nemətli
Korrektor – Alla Fyodorova
Təqdimat mərasimində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, pianoçu Ülviyyə Hacıbəyovanın, G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri, Bakı Musiqi Akademiyasının tələbələrinin ifalarında yeni nəşr olunmuş not məcmuəsindən Qara Qarayevin dram tamaşalarına musiqidən fraqmentlər ifa olunmuşdur.
Novruz bayramı ərəfəsində not məcmuəsi şagird, tətələbə və müəllimlərə hədiyyə olunmuşdur.
Tədbirdə musiqişünas alim, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq doktoru İmruz Əfəndiyeva və Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova çıxış etmişdir.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.