az | ru | en

7 may 2011
Klassik Musiqisevənlər Klubunun 3 illiyi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevənlər Klubunun yaradılmasının 3 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Bu tədbir çərçivəsində 7 may tarixi görkəmli rus bəstəkarı P.İ. Çaykovskinin anadan olduğu günə təsadüf etdiyi üçün bəstəkarın yaradıcılığına həsr olunmuş geniş konsert proqramı təqdim olunmuşdur.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxışında qonaqları salamladı və Klassik Musiqisevənlər Klubunun yaranmasi tarixi haqqında söz açdı. Klassik Musiqisevənlər Klubunun üzvlərinin sorgu əsasında istəklərini nəzərə alaraq, P.İ. Çaykovskinin anadan olmasına həsr olunmuş tədbir Klassik Musiqisevənlər Klubunun 3 illiyinin tamam olduğu bir vaxtda qeyd olunmuşdur. Alla Bayramova qeyd etdi ki, bu günlərdə xalqımız ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünü qeyd edir. Bildiyimiz kimi, Heydər Əliyevin Azərbaycan mədəniyyətinə həmişə böyük diqqəti və qayğısı olmuşdur. 18 sentyabr 1994-cu ildə ulu öndər Heydər Əliyevin maestro Niyazinin mənzil muzeyinin açılışında şəxsən iştirakı bunun baris nümunəsidir. Sonra Heydər Əliyevin Niyazinin Mənzil Muzeyinin açılışındakı çıxışını əks etdirən kadrlar nümayiş etdirildi. Həmçinin klubun 3 illik fəaliyyətini əks etdirən slayd-şou tamaşaçılara təqdim edildi.
Sonra P.İ. Çaykovskinin həyat və yaradıcılığı haqqında musiqişünas, Bakı Musiqi Akademiyasının dosenti Səadət Səfərova ətraflı danışmışdır. Həmçinin muzeyin hazırladığı bəstəkarın həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət slayd-şou nümayiş etdirilmişdir. Konsert proqramında Bülbül adına orta ixtisas musiqi məktəbinin 2-ci sinif şagirdi Ramiz Məmmədov bəstəkarın “Vals” əsərini, 15 nömrəli musiqi məktəbinin 3-cü sinif şagirdi Mailova Jalə “Mazurka” əsərini, G. Şaroyev adına 35 nömrəli musiqi məktəbinin 5-ci sinif şagirdi F.Şopen və Q.Qarayev adına Beynəlxalq müsabiqələrin diplomantı, S.Bax adına Beynəlxalq müsabiqənin laureatı Nəriman Əmiraslanov “Kamarinskaya” və “İlin fəsilləri”/ “İyun. Barkarolla” əsərlərini, Bakı Musiqi Akademiyasının 2-ci kurs tələbəsi, Heydər Əliyev adına müsabiqənin Qran-pri mükafatçısı Təhminə Abdullayeva “Vals- skertso” əsərini, L. və M. Rostropoviçlər adına 21 nomrəli musiqi məktəbinin şagirdi, Prezident təqaüdçüsü Kamran Ömərli “Skripka ilə orkestr üçün konsert” II, III hissələrini, Bakı Musiqi Akademiyasının 1-ci kurs tələbəsi, Prezident təqaüdçüsü Nicat Məmmədov “Melodiya”, L. və M. Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin şagirdi, Prezident təqaüdçüsü İsrafil Rəsulov “Sonalar gölü” baletindən Neapolitan rəqsini ifa etmişdirlər. Bəstəkarın romansları respublika müsabiqəsi laureatı Leyla Dadaşova və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solisti Nərgiz Kərimovanın ifalarında səslənmişdir.
Tədbirdə Klassik Musiqisevənlər Klubunun üzvləri, tanınmış musiqiçilər, Bakı muzeylərinin əməkdaşları, mətbuat və televiziya nümayəndələri iştirak etmişlər.



Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.