az | ru | en

6 aprel 2011
Əşrəf Abbasov - 90

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevənlər Klubunun növbəti tədbiri görkəmli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti Əşrəf Abbasovun anadan olmasının 90 illiyinə həsr olunmuşdur. Tədbir 6 aprel 2011-ci il tarixində saat 18:00-da Niyazinin mənzil muzeyində keçirilmişdir.
Tədbirdə giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmiş, sonra söz Azərbaycan Milli Konservatoriyasının nəzdində Bakı Musiqi Kollecinin direktoru, professor, əməkdar incəsənət xadimi Nazim Kərimova verilmişdir.
Bəstəkar Əşrəf Abbasovun həyat və yaradıcılıgı haqqında musiqişünas Raya Abbasova ətraflı danışmışdır. Tədbirdə muzeyin materialları əsasında hazırlanmış Əşrəf Abbasovun həyat və yaradıcılıgını əks etdirən slayd şou nümayiş etdirilmişdir. Sonra Azərbaycan Milli Konservatoriyasının nəzdində Bakı Musiqi Kollecinin tələbələrinin ifasında bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim edilmişdir.
Tədbirdə Klassik Musiqisevənlər Klubunun üzvləri, Bakı muzeylərinin əməkdaşları, mətbuat nümayəndələri iştirak etmişlər.


Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.