az | ru | en

30 may 2017
“Bir de görüm, lya”



30 may 2017-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə 30¹-li Uşaq Musiqi Məktəbi ilə birgə “Bir de görüm, lya” adlı musiqi əlifbası bayramı keçirmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra 30 ¹-li Uşaq Musiqi Məktəbinin direktoru Yusif Məmmədov, Məktəbin tədris üzrə direktor müavini Fəxriyyə Quliyeva çıxış etmişlər.
Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış Azərbaycanın görkəmli musiqi xadimlərinin uşaqlıq və yeniyetməlik dövrünü əks etdirən nadir fotolardan və muzeyin tədbirlərində iştirak etmiş istedadlı uşaqların şəkillərindən ibarət slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirdə musiqi məktəbinin şagirdlərinin ifalarında rəngarəng konsert proqramı təqdim olunmuşdur.
Sonda Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev çıxış edərək uşaqları təbrik etmişdir.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.