az | ru | en

10 may 2017
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş tədbir



10 may 2017-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birlikdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsi İnstrumental ifaçılıq kafedrasının bakalavr və magistr pilləsində təhsil alan tələbələrin I elmi ifaçılıq konfransının sonuncu konserti olmuşdur.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin dekanı, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ellada Hüseynova çıxış etmişdir. Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva çıxış edərək, tələbələri diplomlarla təltif etdi. Sonra tələbələr Azərbaycan, rus və avropa bəstəkarlarının əsərlərindən ibarət qala konsert ilə çıxış etdilər.




Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.