az | ru | en

3 may 2017
Cövdət Hacıyev - 100



3 may 2017-ci il tarixində saat 18:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Niyazinin mənzil muzeyində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Cövdət Hacıyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.
Muzeyin şöbə müdiri Xanım Abdinova Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətində xidmətləri, yaradıcılıq yolu haqqında məlumat vermişdir. Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova Cövdət Hacıyev haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.
Cövdət Hacıyevin övladları, bəstəkar və dirijor, Əməkdar incəsənət xadimi İsmayıl Hacıyev, musiqiçi Mikayıl Hacıyev, qardaşı oğlu Enar Hacıyev çıxış edərək görkəmli bəstəkar haqqında xatirələrini, maraqlı faktları tədbir iştirakçılarına çatdırmış, muzeyə təşəkkürlərini bildirmişlər.
Tədbirdə muzeyin əməkdaşı, Beynəlxalq Müsabiqə laureatı Seyidxanım Babayeva Cövdət Hacıyevin Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin arxivlərində mühafizə olunan və 83 ildən sonra ilk dəfə səsləndirilən dörd prelüdünü ifa etmişdir.
C.Hacıyev adına 3 nömrəli Uşaq musiqi məktəbinin şagirdi Məryəm Nuriyevanın (f-no), müəllimlər: Rüfət Məmmədovun (truba), Zemfira Tağıyevanın (f-no), Aygün Vəliyevanın (f-no), Sevinc Əzizovanın (f-no), Beynəlxalq Müsabiqələr laureatı Rza Xosrovzadənin (vokal), Bakı Xoreoqrafiya Akademiyasının magistr tələbəsi, Respublika müsabiqəsi laureatı Arzu Hüseynovanın (f-no), G.Şaroyev adına 35 nömrəli musiqi məktəbinin şagirdi, Beynəlxalq və Respublika Müsabiqələri laureatı Maqsud Musazadənin (f-no), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin X sinif şagirdi, Beynəlxalq Müsabiqə laureatı Sona İsgəndərlinin ifalarında C.Hacıyevin əsərlərindən ibarət musiqi proqramı ilə tədbir davam etmişdir.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.