az | ru | en

18 aprel 2017
Çin mədəni irsi Azərbaycan muzeylərində



Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 18 aprel 2017-ci il tarixində Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi institutunda “Çin mədəni irsi Azərbaycan muzeylərində” mövzusunda keçirilən seminarda iştirak etmişdir. Muzeyin şöbə müdiri Xanım Abdinova “Azərbaycan-Çin mədəni əlaqələri” mövzusunda çıxışında iki ölkə arasındakı çoxəsrlik mədəni əlaqələr, ədəbiyyat və incəsənət xadimlərinin dostluq münasibətləri, Azərbaycan Respublikasındakı Çin Xalq Respublikasının səfirliyinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə etdiyi milli musiqi alətləri, muzeydə keçirilmiş “Çin musiqisi axşamı” tədbiri haqqında geniş məlumat vermişdir. Onun çıxışı muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.