az | ru | en

1 mart 2017
“Gəl, gözəl bahar, coşsun arzular”



1 mart 2017-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi muzeyin filialı olan Niyazinin mənzil muzeyində, Klassik Musiqi Həvəskarları Klubunda Bakı Musiqi Akademiyasının tələbəsi, Beynəlxalq Müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nəriman Əmiraslanovun konsertini keçirmişdir.
İstedadlı gənc pianoçu Nəriman Əmiraslanov baharın ilk günündə dinləyicilərə bahar ovqatı bəxş etmişdir. Konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri təqdim edilmişdir.
Musiqi nömrələri mövzu üzrə slayd-şou ilə müşayiət olunmuşlar.
Tədbirdə Bakı Musiqi Akademiyasının dosenti, professor Siala Sinamdzqvarişvili və musiqişünas Natəvan Əhmədova ürək sözləri ilə çıxış etmişlər.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, Klassik musiqi Klubunun üzvləri, KİV–nin nümayəndələri və başqaları olmuşlar.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.