az | ru | en

25 oktyabr 2016
“İntermedialılıq məsələləri. Musiqi və ədəbiyyat”


25 oktyabr 2016-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Qərb Universiteti (Bakı) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə “İntermedialılıq məsələləri. Musiqi və ədəbiyyat” mövzusunda beynəlxalq elmi-praktik konfransı keçirmişdir. Konfransda Rafael Hüseynov, akademik, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri “Orta əsr Mərkəzi Asiyadakı mədəni transferə ortaq muğam və poeziya mühitinin təsiri”, Alla Bayramova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Qərb Universiteti İngilis Filologiyası kafedrasının müdiri “Musiqi sözün girovluğunda”, Geniçi Tsuge, etnomusiqişünaslıq üzrə fəlsəfə doktoru, Tokio İncəsənət Universiteti, fəxri professor “Baburnamə”yə yenidən baxış”, Nana Valişvili, etnomusiqişünas, Gürcüstan Dövlət Folklor Mərkəzinin Xalq Musiqisi şöbəsinin rəhbəri. “Gürcü yazıçıları Aleksandr Kazbeqi və Vaja Pşa-velanın yaradıcılığının öyrənilməsində etnomusiqişünaslıq aspekti: Şərqi gürcü dağlılarının musiqi ənənələri”, Gülşən Əliyeva, filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, Kamilə Dadaş-zadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, “Musiqi tarixi və nəzəriyyası kafedrasının müdiri “İntermediallığın bəzi metodolojı aspektlər haqqında” məruzələri ilə çıxış etmişlər.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.