az | ru | en

19 avqust 2016
Niyazi - 104


19 avqust 2016-cı il tarixində saat 15-00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyinin filialı Niyazinin mənzil muzeyində görkəmli dirijor və bəstəkar SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı Maestro Niyazinin anadan olmasının 104 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Maestro Niyazinin yaradıcılığı, Azərbaycan musiqi mədəniyyətindəki əvəzsiz xidmətlərindən danışmışdır. Tədbirdə Xalq artisti Canəli Əkbərov, bəstəkar Məmmədağa Umudov, Maestronun qohumu Sahib Qədimov Niyazi haqqında xatirələrini danışmışlar. Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış, Niyazinin həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbir Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın (f-no), Dilarə Əliyevanın (vokal), Bakı Musiqi Akademiyasının baş müəllimi İlahə Sadıqzadənin (f-no), Bakı Musiqi Akademiyasının tələbəsi, Beynəlxalq Müsabiqələr laurteatı Fuad Əlizadənin (f-no) ifalarında Maestro Niyazinin və digər Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə davam etmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Nəsimi Rayonu İcra Hakimiyyətinin nümayəndələri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olmuşlar.

Konsert proqramı

“Arzu”. İfa edir: Dilarə Əliyeva.
“Konsert valsı”. İfa edir: BMA-nın professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova (f-no).
“Skertso”. İfa edir: BMA-nın tələbəsi, Beynəlxalq Müsabiqələr Laureatı Fuad Əlizadə (f-no).
“Prelüd”. İfa edir: BMA-nın professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova (f-no).
“Almas”k/f-dən fraqment.
“Çitra”baletindən “Adajio”.
“Rəqs”.
İfa edir: BMA-nın tələbəsi, Beynəlxalq Müsabiqələr Laureatı Fuad Əlizadə (f-no).





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.