az | ru | en

21 aprel 2016
Vilyam Şekspirin vəfatının 400 illiyinə həsr olunmuş tədbir



Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Qərb Universiteti ilə birlikdə dahi ingilis şairi və dramaturqu V.Şekspirin (26.04.1564-23.04.1616) vəfatının 400 illiyinə həsr olunmuş tədbir keçirmişdir.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova “Şekspirin azad düşüncəsi” mövzusunda çıxış etmişdir. Britaniya Şurasının direktoru Elizabet Vayt çıxış etmiş və muzeyə təşəkkürünü bildirmişdir.
Sonra Qərb Universitetinin və Azərbaycan Dillər Universitetinin tələbələrinin ifalarında müxtəlif dillərdə Şekspirin sonet, poema və dram əsərlərindən parçalar səslənmişdir.
Tədbirdə Ü.Hacıbəyli ad. Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti Maqda İbrahimova (fleyta), L.və M.Rostropoviçlər adına 21 saylı musiqi məktəbinin 10-cu sinif şagirdi Teymur Əliyev (skripka), BMA-nın professoru Leyla Məmmədəliyevanın ifalarında Qara Qarayevin, Sergey Prokofyevin və başqa bəstəkarların Şekspirin pyeslərinə yazılmış musiqi əsərləri ifa edilmiş, videofraqmentlər nümayiş olunmuşlar.
Tədbirdə arxiv materialları əsasında hazırlanmış Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “Şekspir əsərləri musiqidə” və Azərbaycan Dövlət Teatr Muzeyinin “Şekspir Azərbaycan səhnəsində” mövzusunda slayd-şou təqdim olunmuşdur.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Qərb Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları olmuşlar.



Konsert proqramı

Qara Qarayev. V.Şekspirin “Hamlet”faciəsinin tamaşasına yazdığı musiqidən fraqment. Pantomima. Fleyta improvizasiyası.
İfa edir: Ü.Hacıbəyli ad. Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti Maqda İbrahimova (fleyta).
S.Prokofyev. “Romeo və Cülyetta” baletindən fraqment.
İfa edir: M.və L.Rostropoviçlər adına 21 saylı musiqi məktəbinin 10-cu sinif şagirdi Teymur Əliyev (skripka). Müşayiət edir: BMA-nın professoru Leyla Məmmədəliyeva.
S.Prokofyev. “Romeo və Cülyetta”baletindən bal rəqsi- videofraqment.
“Romeo və Cülyetta”(1968) filmindən videoklip.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.