az | ru | en

23 fevral 2016
İvetta Qriqoryevna Plyamın xatirə gecəsi


23 fevral 2016-cı il, saat 16:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Georgi Georgiyeviç Şaroyev adına 35 ¹-li musiqi məktəbi ilə birlikdə pianoçu, pedaqoq, Bakı Musiqi Akademiyasının professoru İvetta Qriqoryevna Plyamın xatirə gününə həsr olunmuş görüş keçirmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra G.G.Şaroyev adına 35 saylı 11 illik Uşaq Musiqi Məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Yusif Vəliyev çıxış etmişdir.
Tədbirdə məktəbin müəllimi, musiqişünas Nüşabə Quliyeva İvetta Qriqoriyevna Plyamın Azərbaycan musiqi mədəniyyəti sahəsində xidmətləri, yaradıcılıq yolu, pedoqoji fəaliyyəti haqqında söhbət açmışdır. Mövzu ilə bağlı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materialları əsasında slayd-şou, İvetta Qriqoryevnanın ailəvi arxivindən, o cümlədən, İzraildə yaşayan oğlu Qriqori Reyxman tərəfindən çəkilmiş şəkillər nümayiş olunmuşdur.
Tədbirdə İ.Q.Plyamın tələbələrindən olmuş bəstəkar Elnarə Dadaşova, Ü.Hacıbəyli ad. Bakı Musiqi Akademiyasının dosenti, Azərbaycan Respublikasının əməkdar müəllimi Nəzakət Ramazi, Gennadi Gelman çıxış etmiş, “Bakinski raboçi” qəzetinin jurnalisti Firəngiz Xancanbəyova İ.Plyamın arxivindən bəzi materiallarını muzeyə hədiyyə etmişdir.
Ü.Hacıbəyli ad. Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Ramazi, Ü.Hacıbəyli ad. BMA-nın dosenti, Azərbaycan Respublikasının əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Kibirlinskaya (f-no dueti), Ü.Hacıbəyli ad. BMA-nın II kurs tələbələri, Beynəlxalq Müsabiqələr laureatı Cavid Əzizov, Vüsal Aydəmirov (f-no dueti), G.G.Şaroyev adına 35 saylı 11 illik Uşaq Musiqi Məktəbinin şagirdlərinin Gülnaz Eldarlı, Səbinə Eldarlı, Məryəm Vəliyeva, Beynəlxalq Müsabiqələr laureatı Nəriman Əmiraslanov (f-no), Beynəlxalq Müsabiqələr laureatı Həşim Həşimov(f-no), Maqsud Musazadənin (f-no) ifalarında rəngarəng konsert proqramı səslənmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyasının, Bakı şəhəri uşaq musiqi məktəblərinin müəllim və tələbələri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olmuşlar.

Konsert proqramı

S.Raxmaninov. “6 pyes”.
P.Frossini. “Şən kabalyero”. “Vokaliz”.
İfa edirlər: Ü.Hacıbəyli ad. BMA-nın professoru, Azərbaycan Respublikasının əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Ramazi, Ü.Hacıbəyli ad. BMA-nın dosenti, Azərbaycan əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Kibirlinskaya (f-no dueti).
M.İ.Qlinka. “Vals-fantaziya”.
İfa edirlər: 9-cu sinif şagirdi Səbinə Eldarlı, 10-cu sinif şagirdi Gülnaz Eldarlı (f-no). Müəllim: İ.Qrinik.
Ü.Hacıbəyli. “Yaxşı yol”.
İfa edir: 9-cu sinif şagirdi Səbinə Eldarlı. Müəllim: İ.Qrinik.
F.Şopen. “Polonez” gis-moll.
İfa edir: 7-ci sinif şagirdi Məryəm Vəliyeva (f-no). Müəllim: Əməkdar müəllim K.Əmirova.
R.Şuman. “Pozıv”(“Çırpıntı”).
İfa edir: 10-cu sinif şagirdi Gülnaz Eldarlı. Müəllim: İ.Qrinik.
F.Bədəlbəyli. “Dəniz”.
İfa edir: 10-cu sinif şagirdi, Beynəlxalq Müsabiqələr laureatı Nəriman Əmiraslanov(f-no). Müəllim: professor S.Sinamdzqvarişvili.
F.Şopen. “Ballada”As-dur.
İfa edir: 10-cu sinif şagirdi, Beynəlxalq Müsabiqələr laureatı Həşim Həşimov(f-no). Müəllim: Əməkdar müəllim K.Əmirova.
S.Raxmaninov. “Musiqi anları” (Ìóçûêàëüíûé ìîìåíò).
İfa edir: 10-cu sinif şagirdi Maqsud Musazadə (f-no). Müəllim: R.Məmmədzadə
Y.Brams. “Macar rəqsi”.
İfa edirlər: Ü.Hacıbəyli ad. BMA-nın II kurs tələbələri Beynəlxalq Müsabiqələr laureatı Cavid Əzizov, Vüsal Aydəmirov (f-no dueti).





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.