az | ru | en

21 dekabr 2015
Məcnun Kərim - 70


21 dekabr 2015-ci il tarixində, saat 15:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Qədim Musiqi Alətləri Ansamblının yaradıcısısı və bədii rəhbəri (1996-2013), Azərbaycan respublikasının xalq artisti, professor Məcnun Kərimin anadan olmasının 70 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin şöbə müdiri Təranə Zeynalova Məcnun Kərimin həyat və yaradıcılığından danışmışdır. Onun çıxışı Məcnun Kərimin həyat yolunu əks etdirən slayd-şou və video görüntülərlə müşayiət olunmuşdur. Tədbirdə professor Məcnun Kərim haqqında Azərbaycan respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, EA-nın memarlıq və incəsənət institunun musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi Sürəyya Ağayeva, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor, əməkdar incəsənət xadimi Zemfira Qafarova, Bakı Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, BMA-da elmi laboratoriyanın müdiri Maya Qafarova və Əli İsmayılov öz ürək sözlərini söyləmişlər.
Tədbir muzeyin Qədim Musiqi Alətləri Ansamblının ifasında konsert proqramı ilə davam etmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və b. olmuşlar.

Tədbirin proqramı

Əbdülqadir Marağayi “Heydərnamə”
İfa edir: Muzeyin Qədim Musiqi Alətləri Ansamblı (Bədii rəhbər və konsertmeyster, Azərbaycan Respublikasının əməkdar artisti Munis Şərifov)
Xalq mahnısı “Sarı gəlin”
İfa edir: Muzeyin Qədim Musiqi Alətləri Ansamblının solisti, Azərbaycan Respublikasının əməkdar artisti Nuriyyə Hüseynova
“Şüştər rəngi”
İfa edir: Ansambl
Xalq mahnısı “Küçələrə su səpmişəm”
İfa edir: Nuriyyə Hüseynova
“Şur rəngi”
İfa edir: Ansambl
Əlibaba Məmmədov “Dəşti təsnifi”
İfa edir: Nuriyyə Hüseynova
Əbdülqadir Marağayi “Naxışbəstə”
İfa edir: Ansambl
Xalq mahnısı “Qaragilə”
İfa edir: Nuriyyə Hüseynova
“Bayatı Şiraz” rəngi
İfa edir: Ansambl

Ç I X I Ş L A R

Fikrət Babayev - Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri
Fərhad Bədəlbəyli - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor, SSRİ və Azərbaycan Respublikasının xalq artisti
Şəmsəddin Axundov - Milli Aviasiya Akademiyasının prorektoru, əməkdar mədəniyyət işçisi
Gülnaz Abdullazadə - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, əməkdar incəsənət xadimi, professor
Nazim Kazımov - Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor
Şamil Hacıyev





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi









UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.