az | ru | en

7 aprel 2010
YUNESKO inciləri Moskvada: Azərbaycan muğamı
7 aprel tarixdə Heydər Əlyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi və Rusiya Federasiyasındakı Azərbaycan səfirliyi tərəfindən təşkil edilmiş tədbir keçirilmişdir. Tədbirdə Leyla xanım Əliyeva, Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini Andrey Yevgeniyeviç Busıgin, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış etmişlər. M.İ.Qlinka adına Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyinin fondundan “YUNESKO inciləri Moskvada: Azərbaycan muğamı” sərgisi, film nümayiş etdirilmiş, muzeyin əməkdaşı Tamilla Cənizadə tədbirdə çıxış etmiş, muğam haqqında şərhlər vermişdir. Azərbaycandan gedən gənc musiqiçilərin ifasında muğam və aşıq musiqisi konserti təqdim edilmişdir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və M.İ.Qlinka adına Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyi arasında birgə əməkdaşlıq haqqında müqavilə bağlanmışdır. Müqaviləni Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən muzeyin direktoru Alla Bayramova və M.İ.Qlinka adına Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyinin direktoru Mixail Arkadyeviç Brızqalov imzalamışlar.
Tədbirdə həmçinin müxtəlif səfirliklərin nümayəndələri, mədəniyyət xadimləri (SSRİ xalq artisti Vladislav Pyavko, estrada müğənnisi Diana Qurskaya, “Kultura” kanalının nümayəndəsi Vladislav Flyarkovski), Moskva Konservatoriyasının professor heyəti, Azərbaycan icmasının nümayəndələri, “Bakı” jurnalı redaksiyasının kollektivi və başqaları iştirak etmişlər.


Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.