az | ru | en

3 fevral 2010
Qara Qarayevin anadan olması münasibətilə tədbiri

Klassik Musiqisevənlər Klubunun 3 fevral 2010-cu il tarixindəki tədbiri Qara Qarayevin anadan olması münasibətilə keçirilmişdir. Tədbiri giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq, Moskvadan Azərbaycana gətirilmlş Qara Qarayevin arxivi barədə məlumat vermiş, sonra Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Musa Mirzəyev, Muğam Teatrının direktoru, xalq artisti Arif Qazıyev, əməkdar incəsənət xadimi Asya Sultanova çıxış edərək Qara Qarayev haqqında xatirələrini söyləmişlər. Tədbirdə xalq artisti Musa Mirzəyev, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, Opera və Balet Teatrının solistləri, əməkdar artist Gülnaz İsmayılova, Səbinə Əsədova, Azərbaycan Respublikasının əməkdar artisti, Beynəlxalq Müsabiqələr Laureatı, Fransa Dövlətinin mükafatçısı Mürad Hüseynov, həmçinin 12 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri konsert proqramı ilə çıxış etmişlər.


Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.