az | ru | en

23 may 2014
GÖRKƏMLİ BƏSTƏKAR, ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ ZÜLFÜQAR HACIBƏYOVUN ANADAN OLMASININ 130 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR


23 may 2014-cü il tarixində, saat 16:00-da Niyazinin mənzil muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Rauf Hacıyev adına 15 ¹-li musiqi məktəbi ilə birlikdə görkəmli bəsətkar, əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyobun anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Niyazinin mənzil muzeyinin müdiri Rza Bayramov açmışdir. Sonra Rauf Hacıyev adına musiqi məktəbinin direktoru Nadir Babayev çıxış etmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığı haqqında məruzə etmişdir. Onun çıxışı Z.Hacıbəyovun həyat və yaradıcılığını əks etdirən slayd-şou ilə müşayiət edilmişdir.
Tədbir R.Hacıyev adına 15 ¹-li musiqi məktəbinin müəllim və şagirdlərinin ifalarında Z.Hacıbəyovun və Niyazinin əsərlərindən ibarət musiqi proqramı ilə davam etmişdir.
Muzeyin foyesində Z.Hacıbəyovun həyat və yaradıcılığını əks etdirən və muzeyin arxiv materialları əsasında hazırlanmış sərgi nümayiş olunmuşdur.
Tədbirin qonaqları Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri, musiqi ictimaiyyəti, musiqi məktəblərinin müəllim və şagirdləri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və b. olmuşlar.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.