az | ru | en

5 may 2014
M.Y.Lermontov - 200


5 may 2014-cü il tarixində saat 18:00-da Niyazinin mənzil muzeyində görkəmli rus şairi, yazıçı və dramaturqu M.Y.Lermontovun 200 illiyinə həsr olunmuş "M.Y.Lermontov və musiqi" adlı ədəbi-bədii gecə keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova açmışdır. Sonra söz gecənin bədii rəhbəri və aparıcısı Bakı Slavyan Universitetinin dosenti, filologiya elmləri namizədi Q.İ.Şipulinaya verilmişdir. O, M.Y.Lermontovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermişdir və M.Lermontovun şeirlərini musiqi müşayiəti ilə söyləmişdir.
Tədbirdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti Fəridə Məmmədova, Azərbaycan Dövlət Opera və Balet Teatrının və Musiqi Teatrının solisti Firuz Məmmədov, Bakı Musiqi Akademiyasının müəllimi Lalə Sadıxova M.Y.Lermontovun əsərlərinə bəstələnmiş operalardan fraqmentlər və mahnılar ifa etmişlər. İfalar slayd-şou ilə müşayiət edilmişdir. Muzeyin foyesində M.Y.Lermontovun əsərlərini bəstəkarların yaradıcılında əks etdirən muzey materiallarından hazırlanmış sərgi nümayiş edilmişdir.
Tədbirin qonaqları "Nikoil" bankının nümayəndələri, musiqi ictimaiyyəti, səfirliklərin əməkdaşları, rus icmasının üzvləri, Bakı Slavyan Universitetinin müəllimləri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və b. olmuşlar.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.