az | ru | en

5 mart 2014
Fortepiano musiqisi axşamı


5 mart 2014-cü il tarixində saat 18:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Klassik Musiqi Həvəskarları Klubunda "Fortepiano musiqisi axşamı" adlı tədbir keçirilmişdir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, Respublika və Beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Seyidxanım Babayevanın ifasında klassik Avropa bəstəkarları L.V. Bethoven, F.Şopen, P.İ.Çaykovski və F.Listin əsərlərindən ibarət maraqlı konsert proqramı təqdim edilmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları olmuşlar.

Konsertin proqramı
L.V.Bethoven. "Apassionata" ¹23 (3 hissə)
F.Şopen. Etüd op 25 "Oktavnı" ¹10
F.Şopen. Etüd op 12 "İnqilabi" ("Ðåâîëþöèîííûé")
F.Şopen. Mazurka op 17 ¹4
F.Şopen. Ballada ¹4
P.İ.Çaykovski. "Düşüncə" ("Ðàçìûøëåíèå")
P.İ.Çaykovski. "Xəyalat" ("Äóìêà")
F.List. "Vəhşi ov" ("Äèêàÿ îõîòà")
İfa edir: Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, Respublika və Beynəlxalq müsabiqələr laureatı Seyidxanım Babayeva






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.