az | ru | en

26 noyabr 2013
“Azərbaycan musiqisinin qızıl dövrü”


26 noyavr 2013-cü il tarixində saat 18:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “Zaman və Məkan. Sənətlər vəhdətində” birgə layihəsi çərçivəsində ilk konserti keçirilmişdir. Tədbirdə giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. “Azərbaycan musiqisinin qızıl dövrü” adlı konsertdə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Qara Qarayev, Fikrət Əmirov və Niyazinin əsərləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri, Bakı Musiqi Akademiyasının professor və müəllim heyətinin ifasında səslənmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi konsert proqramına uyğun həm öz muzeyinin, həm də Azərbaycan Milli İncəsənət Muzeyinin zəngin muzey kolleksiyaları əsasında hazırladıqları illüstrasiyalar nümayiş etdirilmişdir.

Konsertinin proqramı

Müslüm Maqomayev. “Nərgiz” operasından Nərgizin ariyası
İfa edirlər: Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının Əməkdar artisti Gülnaz İsmayılova (vokal),
Fikrət Əmirov. “ Gülüm” romansı
İfa edir: Elnarə Haşımova (fortepiano)
Fikrət Əmirov. “Monoloq”
İfa edirlər: Azərbaycan Respublikasının Əməkdar artisti Aleksey Miltıx (violonçel), Beynəlxalq Müsabiqələr laureatı Səidə Tağızadə (fortepiano)
Cövdət Hacıyev. “Ballada”
İfa edir: Beynəlxalq və Respublika Müsabiqələr laureatı Tofiq Şıxıyev (fortepiano)
Fikrət Əmirov. “Sevil” operasından Balaşın ariyası
İfa edirlər: Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Əli Əhməd İbrahimov (vokal), Bakı Musiqi Akademiyasının professoru Leyla Məmmədəliyeva (fortepiano)
Qara Qarayev. 16, 23, 24 nömrəli prelüdlər
İfa edir: Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Əliyarova (fortepiano)
Niyazi. “Arzu” romansı
İfa edirlər: Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Respublika Müsabiqələri laureatı Fəridə Məmmədova
Fərhad Bədəlbəyli. Niyaziyə ithaf
Qara Qarayev Skripka və fortepiano üçün sonata
İfa edirlər: Azərbaycan Respublikasının Əməkdar artistləri Nərgiz Əliyarova (fortepiano) və Töhfə Babayeva (skripka)
Soltan Hacıbəyov. “Gülşən” baletindən Adajio
İfa edir: Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova (fortepiano)
Üzeyir Hacıbəyli. “Arşın mal alan “ operettasından Əsgərin ariyası
İfa edirlər: Azərbaycan Opera və Balet Teatrının solisti Fərid Əliyev (vokal), Əməkdar artist Nərgiz Əliyarova (fortepiano)
Qara Qarayev. Prelüdlər
İfa edir: Haşimova Elnarə (fortepiano)
Üzeyir Hacıbəyli. “Koroğlu” operasından uvertüra
İfa edir: Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova





Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.