az | ru | en

7 noyabr 2013
Tofiq Quliyev – 96


7 noyabr 2013-cü il tarixində saat 15:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar Tofiq Quliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə tədbir-konsert keçirilmişdir. Tədbiri giriş sözü ilə muzeyin şöbə müdiri Xanım Abdinova açmışdır.
Tədbirdə Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Televeziyası və Radiosunun musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımov bəstəkarın mahnılarından ibarət geniş konsert proqramı ilə çıxış etmiş, Tofiq Quliyev haqqında xatirələrini tamaşaçılarla bölüşmüşdür.
Muzeyin Qədim Musiqi Alətləri Ansamblının konsertmeysteri, Azərbaycan Respublikasının əmakdar artisti Munis Şərifov, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor müavini Təranə Qurbanova çıxış etmişlər. Bütün çıxışlar Tofiq Quliyevin həyat və yaradıcılığını əks etdirən muzeyin materialları əsasında hazırlanmış slayd-şou ilə müşaiyət etdirilmişdir.
Tədbirin qonaqları Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, musiqi kollecin tələbələri, musiqi ictimaiyyəti və Bakı şəhərinin muzeylərinin işçiləri olmuşlar.




Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.