az | ru | en

18 may 2009
Beynəlxalq Muzeylər Günü

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 18 May-Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Respublikanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarov, Milli Konservatoriya nəzdində Musiqi Kollecin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, bəstəkarlardan Nazim Mirişli, Ü.Hacıbəyovun ev muzeyinin direktoru Sərdar Fərəcov, V.Mustafazadınin ev muzeyinin şöbə müdiri Afaq Əliyeva və başqaları çıxış etmiş, muzeyə hədiyyələr təqdim etmişlər.
Tədbirdə Aşıq Xanların oğlu, “Lider” TV-nin keçirdiyi “Qızıl barmaq” müsabiqəsinin laureatı Azər Xanlaroğlu, ATV-nin keçirdiyi “Xalq ulduzu – 2008” yarışmasının finalçılarından Şirazi Quliyev, Oqtay Zülfüqarovun rəhbərliyi ilə Uşaq Dövlət Filarmoniyasının “Aysel” Mahnı Teatrının üzvləri musiqili proqramı ilə çıxış etmişlər. Tədbirdə muzeyin əməkdaşları, bəstəkarlar, musiqisevənlər, mətbuat və televiziya nümayəndələri iştirak etmişlər.


âåðíóòüñÿ ê ñïèñêó íîâîñòåé








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.