az | ru | en

04 Mart 2009
Qadınlar və musiqi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Klassik Musiqisevənlər Klubunun növbəti tədbiri 4 mart 2009-cu il tarixində saat 19:00-da Niyazinin mənzil muzeyində keçirilmişdir. Tədbir “Qadınlar və musiqi” mövzusuna həsr olunmuşdur. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova açdı, o həmçinin Azərbaycan musiqisinin təşəkkül tapmasında qadinların rolundan bəhs edən məruzə ilə çıxış etdi.

Tədbirdə pianoşu, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova cıxış etdi . Muzeyin Qədim Musiqi Alətləri ansamblının konsertmeysteri, əməkdar artist Munis Şərifov, muzeyin aparıcı elmi işçisi Alla Fyodorova, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının, Bakı Musiqi Kollecinin tələbələri, G.G.Şaroyev adına 35 saylı uşaq musiqi məktəbinin şagirdləri konsert proqramı ilə cıxış etdilər.

Tədbirdə Bakı Musiqi Akademiyasının, Bəstəkarlar İttifaqının nümayəndələri, musiqisevərlər, mətbuat və televiziya işciləri, Bakı şəhəri musiqi məktəblərinin müəllim və şagirdləri iştirak etdilər.



xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.