az | ru | en

14 Yanvar 2009
Uşaq və musiqi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən klassik musiqisevənlər klubunun növbəti tədbiri 14 yanvar 2009-ci il tarixində saat 19:00–da Niyazinin mənzil muzeyində keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2009-cu il ölkəmizdə “Uşaq ili” elan edilməsi ilə əlaqədar “Uşaq və musiqi” mövzusuna həsr olunmuşdur.

Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdulazadə, müəllimi Züleyxa Bayramova,dosenti, bəstəkar, Bəstəkarlar İttifaqının uşaq musiqisi bölməsinin sədri Elnarə Dadaşova,xalq artistləri Oqtay Zülfüqarov,Musa Mirzəyev, 12 saylı uşaq musiqi məktəbinin direktoru Gülnarə Səfərova, uşaq musiqi kollektivinin rəhbəri Nazilə Yaqubova və başqaları iştirak edirdilər.

Tədbir bəstəkar, xalq artisti Oqtay Zülfüqarovun əsərləri onun balaca yetirmələrinin çıxışları ilə başladı. Uşaqlar böyük həvəslə bəstəkarın mahnılarını ifa etdilər (Səlimova Rəvanə: “Telefon”, “Sərçə”, “Nənə”, Məmmədov Murad: “Maşınımı sürürəm”, Cəfərzadə Əli: “Dağlar”, “Pişiyim”).

Sonra muzeyin direktoru A.Bayramova tədbirin məqsədi haqqında ətraflı danışdı.

Svetlana Əhmədova Azərbaycan bəstəkarlarından Qara Qarayev, Vasif Adıgözəlovun fortepiano pyeslərini ifa etdi.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Züleyxa Bayramova “Azərbaycan bəstəkarlarının yaradıcılığında uşaq musiqisi” haqqında ətraflı danışdı.

2,12 saylı musiqi məktəbinin şagirdləri Əliyeva Rəşidə,Əmirova Aida, F.Şopenin “Vals”,P.İ.Çaykovskinin Barkarolla əsərlərini ifa etdilər. Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi Məmmədov Əlinin ifasında İ.Hacıbəyovun “Albomdan səhifələr” (“Vfhi”) və özünün bəstələdiyi “Elegiya” əsərlərii səsləndi. Bəstəkar,xalq artisti Musa Mirzəyev öz yaradıcılığından uşaq musiqisi haqqında ətraflı danışdı. Uşaqlar üçün yazdığı əsərlərinin ifa etdi.

12 saylı uşaq musiqi məktəbinin VII sinif şagirdi Əbdüləzizova Zülalə F.Şopenin Vals mi-minor,2 saylı şagirdi Sadıqova Günel B.Smetananın “Dəniz sahilində” əsərlərini ifa etdilər.

Bəstəkar, Bəstəkarlar İttifaqının uşaq musiqisi bölməsinin sədri Elnarə Dadaşova “Uşaq musiqisinin təbliğində problemlər” mövzusunda çıxış etdi. Özünün uşaq əsərindən kişik parça ifa etdi.



Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi






UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.