az | ru | en
30 oktyabr 2006
AMMDM-nin Qədim Musiqi Alətləri Ansamblının 10 illik yubileyinə həsr olunmuş tədbiri

30 oktyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Mahnı Teatrında AMMDM-nin Qədim Musiqi Alətləri Ansamblının 10 illik yubiley tədbirini keçirtmişdir.

Mahnı Teatrının foyesində muzeyin hazırladığı «Qədim Musiqi Alətləri-10» adlı sərgi nümayiş etdirilmişdir. Sərgidə ansamblın tarixini əks etdirən maraqlı fotoşəkillər – Umumilli liderimiz Heydər Əliyevin ansamblın bədii rəhbəri Məcnun Kərimov və üzvləri ilə görüşü, ansamblın xarici ölkələrdə çıxışları, respublikamıza gələn fəxri qonaqlar qarşısında konsertləri və. s təqdim olunmuşdur.

Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli, Milli Koservatoriyanın rektoru, xalq artisti, professor Siyavuş Kərimi AMMDM-nin direktoru, Alla Bayramova, ansamblın bədii rəhbəri Məcnun Kərimov, kamança ifaçısı Habil və başqaları çıxış etdilər. Ansambl haqqında xoş sözlər söylədilər.

Ansamblın ifasında «Naxış bəstə», «Heydərnamə» (Əbdül Qadir Marağai XIV əsr), «Bayatı Şiraz», «Sarı gəlin» və. s




xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.