az | ru | en

18 avqust 2006
Niyazi 94

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi hər il avqust ayında görkəmli bəstəkar və dirijor maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbirlər keçirir. Ənənəyə uyğun olaraq 2006-cı il 18 avqust tarixində muzeyin filialında Niyazinin mənzil muzeyində tədbir keçirilmişdir. Tədbirin əvəlində Fəridə Məmmədovanın ifasında Niyazinin «Arzu» romansı səsləndirildi. Tədbiri giriş sözü ilə AMMDM-nin direktoru, Alla Bayramova açmışdır. Sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin musiqi sektorunun müdiri Fərəh Əliyeva maestro Niyazinin yaradıcılığından bəhş etdi. Xalq artisti, professor Azər Rzayev, Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabov və başqaları Niyazi haqqında xatirələrini söylədilər. Tədbirin bədii hissəsində G.G.Şaroyev adına 35 saylı musiqi məktəbinin şagirdləri Niyazinin piano üçün əsərlərini səsləndirdilər. Bakı Musiqi Akademiyasının dosenti Ülviyyə Hacıbəyovanın ifasında Zülfüqar Hacıbəyovun «Aşıq Qərib» operasından uvertüra və Fərhad Bədəlbəylinin «Prelüd»ü (Niyaziyə ithaf) tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı


xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.