az | ru | en

8 aprel 2020
VİRTUAL SƏRGİ: “Yeddi gözəl” baleti Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi "VİRTUAL SƏRGİ" rubrikasına davam edir


Bu gün Sizə görkəmli bəstəkarımız, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, AMEA-nın akademiki Qara Qarayevin (05.02.1918- 13.05.1982) “Yeddi gözəl” baletinə dair materiallardan ibarət sərgimizi təqdim edirik.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarında Qara Qarayevin həyat və yaradıcılığını əks etdirən minlərlə material mühafizə və nümayiş olunur. Qeyd etməliyik ki, bu gün təqdim etdiyimiz sərgidə nümayiş olunan materialların çoxu 2018- ci ilin noyabr ayında Moskva şəhərində Azərbaycanın Rusiyadakı Səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Xalça Muzeyinin təşkilatçılığı ilə Ümumrusiya Dekorativ-Tətbiqi və Xalq Sənəti Muzeyində keçirilən “Yeddi gözəl”sərgisində nümayiş olunmuşdu.
Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev "Yeddi gözəl" baletini (1949-1952) Azərbaycanın böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin 800 illik yubileyinə həsr etmişdir. Tamaşanın librettosu Nizaminin eyni adlı poemasının motivləri əsasında yazılıb. Baletin ilk tamaşası 6 noyabr 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilib (baletmeyster Pyotr Qusev). 1978-ci ildə Q.Qarayevin 60 illik yubileyi münasibətilə "Yeddi gözəl" baletmeysterlər Rəfiqə Axundova və Maqsud Məmmədov tərəfindən yeni versiyada səhnəyə qoyulmuşdur. Azərbaycanın balet ustaları bu tamaşa ilə bir sıra xarici ölkələrdə qastrol səfərlərində uğurla çıxış ediblər. Balet həmçinin Türkiyə, Rusiya, Fransa, ABŞ, İsveç, Belarus, Özbəkistan və s. ölkələrdə müvəffəqiyyətlə səhnəyə qoyulmuşdur





geri






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi






UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.