18 may 2017
“Interyerdə Musiqi və Həqiqət”
18 may 2017-ci il tarixində saat 18:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Interyerdə Musiqi və Həqiqət” adlı sərgi və konsert keçirilmişdir.
Sərgidə XX əsrin interyerini əks etdirən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə yanaşı Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Cəfər Cabbarlının Ev Muzeyi, Abdulla Şaiqinin Ev Muzeyinin eksponatları nümayiş olunmuşdur. Bu eksponatların bəziləri ilk dəfə təqdim olunmuşdur. Həmçinin represiyaya məruz qalmış Azərbaycan mədəniyyətinin bir çox xadimləri – ilk azərbaycanlı pianoçulardan biri Xədicə Qayıbova (1893-1938), Azərbaycan bəstəkarı, şairi və folklorçu Ərtoğrul Cavid (1919-1943) Azərbaycan cazının görkəmli nümayəndəsi, saksofon ifaçısı Pərviz Rüstəmbəyov (1922-1949) və bu dövrün mənəvi-psixoloji təzyiqlərinə məruz qalmış Azərbaycan bəstəkarları haqqında məlumat verilmişdir, represiya qurbanlarının xatirəsi yad edilmişdir.
geri
|