az | ru | en
10 noyabr 2006
Tarzən Sadıqcanın 160 illiyinə həsr olunmuş tədbir

Azərbaycan Musiqi Mədəniyyəti Döviət Muzeyində 10 noyabr 2006-cı il tarixdə görkəmli tarzən Sadıqcanın 160 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri ğiriş sözü ilə muzeyin direktoru Alla Bayramova açmışdır.

Tədbirin aparıcısı olmuş muzeyin şöbə müdiri Təranə Qazıyeva Sadıqcan haqqında məruzə ilə çıxış etdi

Muzeyin foyesində «Sadıqcan və onun davamçıları» adlı sərgi nümayiş etdirildi. Burada muzeyin fondlarında qorunub saxlanılan görkəmli tarzənlərdən Qurban Pirimovun, Mansur Mansurovun, Həmid Malıbəylinin , Cəmil Əmirovun, Mirzə Fərəcin, Hacı Məmmədovun, Əhsən Dadaşovun, Həbib Bayramovun fotoşəkilləri nümayiş etdirilmişdir.

Tədbirin qonaqları Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Musiqi Akademiyasının, Milli Konservatoriyanın, Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti, Sadıqcanın nəticələri Sabir və Nəvvab Sadıqovlar, Bakı şəhəri muzeylərinin əməkdaşları, mətbuat və televiziya nümayəndələri idi.

Tədbirin bədii hissəsində xanəndələrdən xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova, əməkdar artistlərdən Vamiq Məmmədəliyev, Zamiq Əliyev, 2005-ci il Respublika üzrə muğam müsabiqəsinin qalibi Təyyar Bayramov, gənc tarzənlərdən Milli Konservatoriyanın məzunu Rüfət Həsənov, Muğam teatrının solisti Vüsal İskəndərzadə və başqaları çıxış etdilər.

Tədbirdə həmçinin Açıq Cəmiyyət İnstitutu-Yardım fondunun maddi dəstəyi ilə Azərbaycan musiqi mədəniyyəti tarixini özündə əks etdirən muzey eksponatları təsvir olunmuş suvenir dəftərxana məmulatlarının (not dəftəri, telefon kitabçası, bloknot, kitabarası nişan) təqdimatı keçirildi. Sadıqcanın 160 illik yubileyi ilə əlaqədar kitabarası nişanda muzey eksponatları olan və 1908, 1916, 1987-ci illərdə hazırlanmış tar musiqi alətləri təsvir olunmuşdur.




geri








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.